17 Oktyabr 08:25
206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi, 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır”, – o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər