21 Yanvar 15:13
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Ermənistan ilə Azərbaycanın hazırkı münasibətlərində birtərəfli mövqe tutmur".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Moskva regiondan uzaqda yerləşən oyunçulardan fərqli olaraq, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasında həyati əhəmiyyət kəsb edir.

Nazir konfrans zamanı erməni jurnalistin Ermənistan-Azərbaycan məsələsi kontekstində Rusiya və Azərbaycanın mövqelərinin çox vaxt üst-üstə düşməsi ilə bağlı dedikləri ilə razılaşmayıb.

“Biz çox aktual olan, qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasını təmin etməkdə dərin marağımıza əsaslanaraq, İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri ilə məşğul oluruq”, - deyə o əlavə edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər