Ötən il ölkəmizdə sentyabrın 1-də reallaşan parlament seçkilərindən sonra bəzi məntələrin parametrlərində dəyişiklik olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib.
Vurğulanıb ki, 89 seçki məntəqəsinin parametrlərində dəyişikliklər edilib.
Bildirilib ki, 62 məntəqənin nömrəsi dəyişdirilib.
Bundan başqa, 15 məntəqədə veb-kameralar quraşdırılıb.
Həmçinin 12 məntəqənin aidiyyəti dairələri dəyişdirilib.