ABŞ məktəblərindən birində döyüş sənəti növləri üzrə təlimatçı Stiven Zarruk yetkinlik yaşına çatmamış qız yetirməsinə seksual zorakılıq etdiyi üçün həbs olunub.
Teleqraf.com-un "abc13" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı məşqçi Montqomeri əyaləti yaxınlığındakı həbsxanaya yerləşdirilib. O, yetirməsini idman qurğusu daxilində fərdi məşqlər zamanı zorlamaqda ittiham olunur.
Həmin şəxsin Konro dairə məktəbində bədən tərbiyəsi üzrə müvəqqəti müəllim və təlimatçı kimi işlədiyi də bildirilir.
Yerli polis idarəsi əhaliyə müraciət edərək, Zarrukun uşaqlarla münasibətlərinə dair hər hansı məlumatları bölüşmələrini xahiş edib.