21 Yanvar 16:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Qeyd olunub ki, 70 minə qədər yerli müşahidəçi seçkiləri izləyəcək.

Bildirib ki, veb-kameralardan istifadə seçkilərdə şəffaflığın artırılmasında vacib addımdır.

Qurum rəsmisi əlavə edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Sonra məsələ səsə qoyularaq qəbul edilib.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər