Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 625 nəfər səsvermə hüququna malikdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib.
Vurğulanıb ki, seçkilərdə 16 min 96 nəfərin namizədliyi qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin olunub.