21 Yanvar 16:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin Qərbi azərbaycanlılar arasında keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Qərbi azərbaycanlıların 93.1%-i tarixən yaşadıqları torpaqları məcburiyyət altında tərk etdiklərini bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində, 1000 nəfər Qərbi azərbaycanlı arasında keçirilib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Qeyd edilib ki, bu nəticə Ermənistan hökumətinin etnik təmizləmə siyasətini təsdiq etməklə, azərbaycanlıların öz tarixi torpaqlarını zorakılıq, təzyiq və təhlükələr şəraitində tərk etmək məcburiyyətində qaldığını göstərir. 0.7%-lik göstərici isə könüllü olaraq köç edənlərin məhz 1988-ci ildən əvvəlki dövrə aid olanlar olduğunu müəyyən edir. Sorğu iştirakçılarının 6.2%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğunun nəticələri Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı məqsədyönlü deportasiya və etnik təmizləmə siyasətinin xüsusilə 1988-ci ildə daha intensiv xarakter aldığını deməyə əsas verir. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti, 87.1%-i tarixi torpaqları 1988-ci ildə tərk etdiklərini bildiriblər. Onların 3.0%-i 1960-cı ilədək, 9.9%-i 1960-1987-ci illərdə öz tarixi yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Tədqiqatın nəticələri 1988-ci ilin Ermənistan rəhbərliyinin etnik təmizləmə siyasətinin, zorakılıqların və kütləvi köçlərin pik mərhələsi olduğunu göstərir. Onların mütləq əksəriyyətinin yaşadığı rayonun coğrafi yerləşməsindən asılı olmayaraq, öz tarixi torpaqlarından qovulmasının bölgənin etnik və sosial strukturu üzərində uzunmüddətli təsirləri olub.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər