Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Marko Rubionu ABŞ-nin dövlət katibi təyin olunması münasibətilə təbrik edib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Gürcüstan XİN başçısı “X” hesabında yeni dövlət katibinin rəhbərliyi altında ölkəsi və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi və əlaqələrin möhkəmlənməsini səbirsizliklə gözlədiyini yazıb.
“Mən dərindən inanıram ki, Gürcüstan-ABŞ münasibətlərinin ən yaxşı dövrü hələ qarşıdadır”, - nazir qeyd edib.
Xatırladaq ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Rəsmi Tbilisi Donald Trampın prezidentliyi dövründə Vaşinqtonla münasibətlərin yenidən başlanılacağına ümid edir.