27 Yanvar 14:38
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) keçirilmiş konqresində qəbul edilən qərarlardan biri Cəbhənin rəsmi simvolunun müəyyənləşdirilməsi olub.

Teleqraf.com verir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmasında simvola çevrilən "Dəmir Yumruq" bundan sonra həm də kolonializmə qarşı mübarizənin simvolu olacaq. Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin "Dəmir Yumruq"unu özünə rəmz kimi seçib.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər