27 Yanvar 15:28
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstana hər hansı zərər vurmaq cəhdi uğursuzluğa məhkumdur. Bu, həm müxalifətə, həm də onların ölkədən kənardakı himayədarlarına aiddir”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin nümayəndə heyətinin AŞPA-dakı mandatının mümkün dayandırılması məsələsini jurnalistlərə şərh edərkən deyib.

O, bununla bağlı qəbul ediləcək qərarın təəssüf doğuracağını bildirib.

“Hansı qərarın veriləcəyini deyə bilmərəm. Müxalifətin hərəkətlərinə gəlincə, onların fəaliyyəti ölkənin tərəqqisini, inkişafını istəməyən subyektlər tərəfindən əvvəldən axıra kimi koordinasiya edilsə də, artıq dörd ildir ki, məqsədlərinə nail ola bilmirlər”, - İ.Kobaxidze əlavə edib.

Qeyd edək ki, Gürcüstanın üç müxalif birliyi ölkənin nümayəndə heyətinin AŞPA-dakı mandatının dayandırılmasını tələb edir. Onlar bununla bağlı AŞPA rəhbərliyinə məktub ünvanlayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər