27 Yanvar 18:08
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti ilə Macarıstan Milli Assambleyası arasında əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, sənədi Budapeştdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Macarıstan Milli Assambleyasının sədri Laslo Kover imzalayıb.

Saziş iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı faydalı mübadilələri təşviq etmək məqsədi daşıyır.

Razılaşmaya əsasən, Macarıstan Milli Assambleyası Aİ-yə inteqrasiya ilə bağlı təcrübəsini Gürcüstan parlamenti ilə bölüşəcək və Aİ-yə üzvlük yolunda irəliləyişin əldə olunması üçün bütün aspektlərdə kömək edəcək.


Müəllif: Cəmilə

Oxşar xəbərlər