Seçkilərin şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin və media nümayəndələrinin iştirakıdır.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, müşahidəçilərə və media nümayəndələrinə rədd cavabı verilməyib:
"Yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir. Onlarla maraqlanmışıq, yetərincə peşəkardırlar. Bundan başqa media nümayəndələri qanunvericilik əsasında azaddırlar. Azərbaycan yeganə ölkədir ki, bəlkə də jurnalistlər qeydiyyat keçmədən prosesi izləyə bilərlər".