Yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.
Teleqraf.com xəbər verir ki, şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək.
Bildirilib ki, jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.
Vurğulanıb ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.