27 Avqust 2020 10:45
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirildi.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb. Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər