Havanın soyuması ilə qrip və tənəffüs yolları xəstəliklərinə yoluxma halları artıb. Mütəxəssislər həm qrip mövsümü, həm də koronavirus pandemiyasının davam etdiyi müddətdə ölüm riskinin iki qat artırdığını söyləyir.
Teleqraf.com xəbər verir ki, ABŞ elm adamları qış aylarının gəlməsi ilə həm COVID-19, həm də mövsümi qripdən əziyyət çəkənlərin sayının artdığını açıqlayıb.
Tədqiqatçıların fikrincə, koronavirus və qriplə eyni vaxtda mübarizə aparmaq ağ ciyərlərə böyük zərər verməklə yanaşı, xəstəxanalarda sıxlıq səviyyəsini və səhiyyə işçiləri üzərindəki yükü çoxaldacaq.
Mütəxəsislərin apardığı araşdırmaya görə, son bir neçə həftə ərzində qrip və koronavirusa eyni anda yoluxanların sayı kəskin artıb. Bu səbəblə qrip vaksinasiyasının aparılmasının vacib olduğunu bildirilir.
Qeyd edək ki, hər iki infeksiyaya eyni anda yoluxmaq xüsusilə xroniki xəstəliyi olanların həyatı üçün risklidir.