Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres, havanın və suyun çirklənməsinin hər il 9 milyon insanın ölümünə səbəb olduğunu açıqlayıb. O, bu rəqəmin koronovirus pandemiyasının zərərlərindən 6 qat çox olduğunu deyib.
Teleqraf.com-un məlumatına görə, BMT Baş katibi əlavə edib ki, sözügedən proses biomüxtəlifliyin çökməsinə, 1 milyon növün yox olma riskinə səbəb olur:
“Səhraların ərazisi genişlənir, su qaynaqları yox 75 faizi heyvanlardan insanlara keçir. Bu gün dünya iqlim fəlakəti ilə qarşı qarşıyadır. Planet üçün peyvənd yoxdur. Təbiətin xilaskara ehtiyacı var. Yaşıl düyməyə basmağın, dünya iqtisadiyyatını dəyişdirməyin vaxtı çatıb".