COVID-19 infeksiyasının mutasiya keçirmiş növü İngilətərədən sonra Sinqapurda aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər yeni mutasiyanın buradan digər Asiya ölkələrinə keçməsindən qorxurlar.
Virusun mutasiya keçirmiş növünə hələlik Hollandiya, Belçika, Cənubi Afrika, İtaliya, Ukrayna, Avstraliya və Sinqapurda rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropada nümayəndələrindən olan Ketrin Smollvud bildirib ki, bu günədək Danimarkada doqquz, Avstriya və Hollandiyada isə bir nəfərdə mutasiya keçirən növ qeydə alınıb. İngiltərə mətbuatının məlumatına görə, yeni virus Cənubi Afrika Respublikasında da müşahidə olunub.