Amerikanın “Pfizer” və Almaniyanın “BioNtech” dərman şirkətləri birlikdə hazırladıqları COVID-19 vaksininin istehsalını artırmaq məqsədilə Avropaya peyvənd ixracını azaldacaqlarını açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, şirkətlər 2021-ci il üçün 2 milyard doza vaksin hazırlamağı hədəfləyiblər.
Bu məqsədlə də müvəqqəti olaraq ixrac olunan vaksinlərin miqdarına yenidən nəzər yetirəcəklərini qeyd ediblər.
Bildirilir ki, yanvarın sonundan, fevral ayının əvvəlinə qədər Avropaya ixrac edilən vaksin miqdarı azaldılacaq.