21 Yanvar 2021 09:32
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar bir ildir ki, mübarizə apardığımız COVID-19 ilə yaşamağı vərdiş halına gətiriblər. Bu müddət ərzində evdə qalmaq, işlərin dayanması insanlarda bir sıra psixoloji problemlər yaradıb.

Teleqraf.com xəbər verir ki, mütəxəsislərin araşdırmalarına görə, bir ildir davam edən pandemiyada bu stress son günlərdə azalmağa başlayıb.

Belə ki, insanlar virusla tanış olduqca və qorunma qaydalarına riayət etdikcə, stress də tədricən aradan qalxır.

Digər tərəfdən, aparılan tədqiqatlar zamanı məlum olub ki, pandemiya dövründə ən çox yorulan qadınlar olub.

Mütəxəssislər bunu qadınlarda tez-tez görülən narahatlıq və depressiya pozğunluqlarının kişilərə nisbətən daha yüksək olması ilə əlaqələndirir. Evə qapanma zamanı qadınların iş yükünün artması psixoloji problemlərin artmasına səbəb olub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər