Bu günə qədər dünya üzrə 103 416 042 nəfər COVID-19 virusuna yoluxub.
Teleqraf.com xəbər verir ki, onlardan 75 milyonu sağalıb, 25 943 704 nəfərin müalicəsi davam etməkdədir.
2 234 936 nəfər isə virus səbəbilə dünyasını dəyişib.
Virusa ən çox yoluxma halı qeydə alınan və ən çox sağalma qeydə alınan ABŞ, Hindistan, Braziliya və Rusiyadır.
ABŞ-da 16 368 929, Hindistanda 10 427 392, Braziliyada 7 998 246, Rusiyada 3 300 004 nəfər virusdan sağalıb.
Qeyd edək ki, COVID-19 virusi 2019-cu ilin dekabr ayında Çində qeyd alınıb və 200-dən artıq ölkəyə yayılıb.