14 Fevral 2022 15:48
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

PCR testlərdən istifadədə məqsəd xəstənin COVID-ə yoluxub-yoluxmamasını müəyyən etməkdir. Bu günə kimi bildiyimiz variantları aşkarlamaq üçün isə PCR testindən daha mürəkkəb test aparılmalıdır. Bu testi aparılsa da, mutasiyanı müəyyən etməyimiz müalicə prosesinə təsir göstərmir.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-infeksionist Emin Hüseyn deyib.

Onun sözlərinə görə, mutasiyaların müəyyən edilməsi ilə müalicə prosesisində dəyişiklik olmur, simptomlarda əsasən cüzi fərqlər ola bilər:

“Buna görə də mutasiyanın yoxlanması əlavə maddi itkidir, vacib deyil. Kimsə öz istəyi ilə yoxlatdıra bilər ki, hansı mutasiyaya yoluxub. Məhz buna görə dəqiq sayla neçə nəfərin hansı mutasiyaya yoluxduğu statistikası açıqlanmır. Yanlız simptomlara görə şəxsin hansı mutasiyaya yoluxduğu təxmin edirlir.

Omikron variantının klinik əlamətləri özündən əvvəlki mutasiyalardan fərqlidir. Həm yoluxmuş insanların subyektiv əlamətlərinə, həm də müəyyən müayinə prosedurlarına görə mutasiya növü müəyyən edilir”.

İnfeksionist qeyd edib ki, omikron virusunun çox yayılması digər ştamların az aktiv olması demək deyil: “Yenə də ehtiyatlı olmaq lazımdır. Məsələ mutasiyanın hansı olması yox, xəstəliyin gedişatından gedir. Yoluxan və yoluxmasından xəbəri olmayan insanlar yaxın dövr üçün peyvənd vurdursalar, bu onlara heç bir əlavə təsir və ya yan təsir verməyəcək. Əksinə, bu bədəndə yaranan anticismlərin artmasına səbəb olacaq. Burada hər hansı təhlükə yoxdur.

Əgər xəstə yoluxubsa, müvafiq yoxlanışlardan keçməli, test verməlidir. Bununla adı sistemə düşəcək və immunitet sertifikatı alaraq yoluxduqdan sonra peyvənd vurdurmalı olmayacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər