26 May 2023 15:50
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu" tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanusuzluq aşkarlanıb".

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı bu gün keçirilən brifinqdə məlumat verib.

O qeyd edib ki, yoxlamalar zamanı 19 kənar xətt, şəbəkəyə 74 qanunsuz qoşulma halları aşkarlanıb: "Qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında qeydə alınıb.

Yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləmədiyi məlum olub.

180 min kub/metrə yaxın su anbarlara bərpa olunub".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər