Milli Məclis Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri deyib ki, bu məsələ geniş müzakirə edilib: “Komitədə bu məsələ Asan Xidmət və Miqrasiya Xidmətinin nümayəndələri ilə birgə müzakirə olunub. Prezident vizaların verilməsi prosedurunu asanlaşdırmaq haqda qərar verib. Odur ki, asan viza sisteminin tez bir zamanda işə salınması nəzərdə tutulur. Bu, qanun layihəsinin qəbulundan sonra baş verəcək”.
Q. Həsənquliyev qanun layihəsini dəstəkləyib və bildirib ki, bu ölkəyə turist cəlb etmək baxımından əhəmiyyətlidir: "Azərbaycan hökuməti ölkəyə turist cəlb etmək üçün bahalı yarışlar təşkil edir. Artıq bir neçə gündən sonra belə yarışlardan biri başlayacaq. Mən insanları bu yarışlara ləzzətlə baxmağa, onun əleyhinə aparılan kampaniyalara diqqət ayırmamağa dəvət edirəm. Son Novruz Bayramı ərəfəsində İrandan Azərbaycana 25 min turist gəlib. Məncə, İran vətəndaşlarının və Anadolu türklərinin ölkəyə vizasız gəlməsinə artıq şərait yaradılmalıdır”.
Sonda qanun layihəsi qəbul edilib.
Nemət