2016-cı ilin iyul ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10263 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2417-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 7846-sı isə regionların payına düşüb.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatıb.
Onu da qeyd edək ki, avqust 1 tarixinə olan məlumata görə, əhali sektoru üzrə 131 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.
Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
İlhamə ƏBÜLFƏT