Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olunub.
Teleqraf.com xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimndə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, sənət adamları, ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən nazir müavini bəstəkarın yaradıcılığından, onun uşaq musiqilərinə bəxş etdiyi töhfələrdən danışıb.