14 Sentyabr 2016 18:16
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiymətləndirmə imtahanlarını daha erkən siniflərdə keçirməklə zəruri fənlər üzrə şagirdlərin nəticələrini yaxşılaşdırmağa imkan qazanacağıq”.

Teleqraf.com-un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu il ərzində qiymətləndirmə imtahanlarının daha erkən siniflərdə keçirilməsi məsələsi Təhsil Nazirliyində müzakirə edilib: “Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyub. Hazırda bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır.

Digər tərəfdən, ötən tədris ilinin sonunda bununla baǧlı Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədəmüzakirələr aparılıb.

Müzakirələrdə belə bir qiymətləndirmə aparılması imkanlarının mövcud olması qənatinə gəlinib, amma bu tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırma aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər