20 Sentyabr 2016 10:24
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində şəhid olmuş Səyyar Quliyevin qız övladı dünyaya gəlib.

Teleqraf.com-un məlumatına görə, bu barədə deputat Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, körpənin adını Zeynəb qoyublar: “Xoş gəldin gözəl Zeynəb! Şəhid atan səni görməsə də hamımız bilirik ki, onun ruhu sənin dünyaya gəlişinə hamıdan çox sevinir və hər zaman sənin yanında olacaq. Zeynəb ana bətnində 4 aylıq olanda, aprel döyüşlərində şəhid olmuşdu əziz Səyyar Quliyev qardaşımız. İlk övladını görmədən onun üçün, onun böyüyəcəyi vətənimiz üçün, millətimiz üçün şəhid olmuşdu. Gənc həyat yoldaşı üçün çox çətin idi və o zaman. Onunla uzun bir söhbət etmişdik, “görəcəksən övladın doğulanda, şəhidimizin gül parçasını qolların arasına alıb qoxlayanda o sənə güc verəcək” demişdik. Neçə aydı Zeynəbi gözləyirdik və onun sağlam doğulması üçün Allah dua edirdik. Maşallah gözəl bir qız doğulub. Həkimlərimizə Anası deyir ki, gözləri atasının gözlərdir və Zeynəb atasına oxşayır. Zeynəbin doğulması ilə kiçik də olsa bir təsəlli tapıb şəhidimizin həyat yoldaşı da, şəhidimizin anası da. Aylar sona üzünün güldüyünü gördüm şəhidimizin gözəl xanımının. Zeynəb özü ilə yenidən sevinc gətirib bu gözəl ailəyə. Şəhidimizin gözəl xanımını, gözəl Zeynəbimizin əziz anasını, nənəsini və bütün ailəsini təbrik edirəm. İnanıram ki, Zeynəb şəhid atasının adına layiq gözəl bir övlad olacaq və hər zaman onun ruhunu şad edəcək və anasına gözəl bir övlad, nənəsinə ağıllı nəvə olacaq”.

Qeyd edək ki, aprel döyüşlərində şəhid olan Səyyar Quliyev Knyaz oğlu Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş olub.

Kəmalə


Müəllif: