Milli Şuranın sentyabrın 11 və 17-də keçirdiyi mitinqlə bağlı yeni məlumatlar üzə çıxır.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə Milli Şuranın adı pul qalmaqalında hallanır. MŞ rəhbərliyi mitinqin texniki təchizatı ilə məşğul olan şəxsə “atmaqda” ittiham edilir. Belə ki, mitinq təşkilatçıları “Məhsul” meydanında baş tutan mitinqin hər ikisində qurumu səs aparatları ilə təmin edən şəxsin əməyi qarşılığında pulunu ödəməyib.
Sosial şəbəkə istifadəçilərindən biri yazıb: “Əvvəldən pulsuz xidmət istəsəydiniz, daha qeyrətli olardı. Mitinqin sonunda pul ödənməyib, sonra zəng edəndə isə sürücü oğlanın üzünə dirənib ki, pul ödənilib. Öncə özünüzü tərbiyə edin, ayıb olsun!”
Sevinc Paşayeva adlı feysbuk istifadəçisi də mitinq təşkilatçılarının vəd etdiyi pulun ödənilmədiyini bildirib.
Səma