Sentyabrın 24-də yerli vaxtla saat 01:06 da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 3,0 bal gücündə zəlzələ Lənkərandan 48 kilometr şimal-şərqdə baş verib.
Zəlzələ hiss olunmayıb.