25 Oktyabr 2016 11:46
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, ölkə rəhbərliyi, AŞ-yə üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və ictimai vəkillər Assosiasiyasının üzvləri, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə bir sıra görüşləri nəzərdə tutulur.

Keçiriləcək görüşlərdə Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl olunması barədə fikir mübadiləsi aparılacaqdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər