10 Yanvar 2017 20:10
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan bir qrup deputatı dekabrın 29-da Ermənistan-Azərbaycan sərhəd xəttində şəhid olan və nəşi indiyədək Ermənistan tərəfində saxlanılan Çingiz Qurbanovun ailəsinə baş çəkiblər.

Teleqraf.com xəbər verir ki, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov və Aydın Mirzəzadə şəhidin ailəsinə başsağlığı verib, bütün Azərbaycan xalqının Çingizin şücaətindən xəbərdar olduğunu, onun xatirəsinin daim yaşayacağını bildiriblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər