24 Yanvar 2017 17:35
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Teleqraf.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Cavad


Müəllif:

Oxşar xəbərlər