Cocuq Mərcanlı kəndində gün ərzində 2 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 14400 kv.m ərazi (3 000 kv.m ərazi əl ilə və 11 400 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, 13 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 19 evə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilmiş, 85 466 kv.m ərazi (35 866 kv.m ərazi əl ilə və 49 600 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 15 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 22 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 114 460 kv.m ərazi (64 860 kv.m ərazi əl ilə və 49 600 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.