27 Mart 2017 23:41
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunun Bıçaqçı kəndinə hücum edən yırtıcılar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.

Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, öncə kənd sakini Kamran Musayevin fərdi təsərrüfatına soxulan canavarlar xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7-sini isə aparıb.

Zərərçəkənin sözlərinə görə, təsərrüfatına ümumilikdə 5 min manatdan çox ziyan dəyib.

Kamran Musayev (zərərçəkən): "Canavar hardan gəlir, bilinmir. Silah da yoxdur. Bu səbəbdən tez-tez belə hadisələr baş verir. Biz də gözümüzü təsərrüfata dikmişik, ailəmizi bununla dolandırırıq".

Bıçaqçının digər kənd sakini, Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb. Kənd sakinləri bununla əlaqədar rayon baytarlıq idarəsinə məlumat verib. Yaralı heyvanlar nəzarətə götürülüb. Qalanlarına isə quduzluq əlehinə vaksinlər vurulub.

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.


Müəllif:

Oxşar xəbərlər