28 Aprel 2017 00:53
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 26 aprel tarixində Vaşinqton meriyasının təşəbbüsü və “Macy’s” Ticarət Mərkəzi ilə “Cultural Tourism DC” təşkilatının birgə təşkilatçılığı ilə ABŞ-ın paytaxtında “Macy’s Global Fashion” mədəni tədbiri baş tutub.

Teleqraf.com-un məlumatına görə, bu tədbir “Dünya boyu Səfirliklərə Səyahət” adlı proqramın 10 illiyi münasibətilə keçirilib.

“Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 xarici ölkə səfirlikləri arasında “Ən yaxşı milli geyim" adlı müsabiqə keçirilib. Bu müsabiqədə Azərbaycan milli geyimi qalib gəlib və buna görə də bir ay ərzində ABŞ paytaxtı Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” vitrinalarında sərgilənəcəkdir. Azərbaycanla yanaşı, müsabiqədə digər beş dövlət də qaliblər sırasında yer alıb.

Tədbirin açılış hissəsində çıxış edən “Cultural Tourism DC” təşkilatının icraçı direktoru Stiven Şulman (Steven E. Shulman) qeyd edib ki, mərasimin keçirilməsində əsas məqsəd tədbir vasitəsilə Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etməkdir. Daha sonra o, Vaşinqtonda artıq ənənə halı almış bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin ardıcıl olaraq 5 il fəal surətdə iştirak etdiyini bildirib və qonaqlar üçün təşkil olunmuş ziyafətdə ölkəmizin istehsalı olan şərabların təqdim edilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.


Müəllif:

Oxşar xəbərlər