5 May 2017 12:17
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Hava Limanında yanğın-taktiki təlim keçirilir.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrin çevik aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.

Təlimə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tibb Xidmətinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhlukəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilib.

Təlimdə sərnişin təyyarəsində şərti olaraq baş vermiş yanğının söndürülməsi, sərnişinlərin təxliyyəsi, onlara ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər həyata keçirilir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər