7 İyul 2017 16:42
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda tortdan zəhərlənmiş ailə üzvlərinin müalicəsi gedir. Xəstələr intensiv terapiya şöbəsindədirlər.

Bu sözləri Teleqraf.com-a Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

Xəstəxanadan bildirildiyinə görə, xəstələrin vəziyyəti qənaətbəxşdir: “Gətirilən zaman birinin vəziyyəti ağır idi. Amma qabaqlayıcı tədbirlər nəticəsində vəziyyətləri düzəldi”.

Məlumata görə, ailənin zəhərlənməsinə səbəb olan tort özlərinin olmayıb: “Xəstələr zəhərlənmələrinə səbəb kimi onlara gətrilən tortun olduğunu bildirib”.

Qeyd edək ki, Ağdam rayonunun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R. Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər