8 İyul 2017 08:05
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quql korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq. Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Bundan əvvəl Quql hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək.

Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir.

Korporasiyanın nümayəndələri qeyd ediblər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər