20 İyul 2017 17:00
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti həyata keçirilən salona daxil olaraq, İran İslam Respublikasında ona 1 ədəd sellofan torbada müxtəlif şirniyyat verildiyini və həmin şirniyyatın içərisində narkotik maddələrin gizlədildiyini bildirib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bundan sonra vətəndaşın təqdim etdiyi sellofan torbadakı şirniyyat yoxlanılıb və 3 ədəd şokoladlı biskvitin içərisində, yəni biskvitlərin yerinə yığılmış vəziyyətdə, cəmi 8 büküm narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Həmin bükümlərdən 3 ədədində qablaşdırılması ilə birgə ümumi xalis çəkisi 646,099 qram olan heroin, 1 bükümdə xalis çəkisi 29,571 qram olan metamfetamin, 1 ədəd bükümdə xalis çəkisi 3,805 qram olan tiryək, 1 bükümdə 49 ədəd metadon adlı həb, 2 ədəd rezin şara doldurulmuş vəziyyətdə isə ümumi həcmi 411 ml olan metadon məhlulu çıxıb.

Vətəndaş izahatında narkotik vasitə və psixotrop maddələri ona İranda Ramin adlı İran vətəndaşının verdiyini və gömrük sərhədini keçdikdən sonra "Qoşa Təpə" gömrük postunun qarşısında bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini bildirib.

Daha sonra aşkar edilən narkotik vasitə və psixotrop maddələri qəbul edəcək şəxs və ya şəxslər müəyyənləşdirilərək onların saxlanılması üçün əməliyyat tədbirləri keçirilib. Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları olan həmin şəxslərdən biri Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısında, üç nəfəri isə Bakı şəhəri ərazisində saxlanılıb.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər