25 İyul 2017 01:12
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam şəhərinin Cümə məscidinin axundu 24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, 40 il rayonun Cümə məscidinin axundu işləmiş Barat Bağırov Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1870-ci illərdə tikildiyini bildirib.

Onun sözlərinə görə, döyüşlər gedən vaxt şəhid olanlar oraya gətirilirmiş.
Ağdamın işğalı zamanı ona da xəbər veriblər ki, təcili oranı tərk etmək lazımdır.
O, məscidin qapısını bağlayaraq öz doğma yurd-yuvasını tərk edib. Bağlı qıfılın açarlarını da özü ilə götürən axund bu gün də həmin açarları ən etibarlı yerdə saxlayır. Deyir ki, bu açarlar onun ücün cox doğmadır. Cünki 1978-ci ildən rayonun işğalına qədər hər gün ibadət etdiyi Cümə məscidinin qapısını bu açarla açıb-bağlayıb.

Ağdamın Cümə məscidi Qarabağ müharibəsində ən cox şəhid qəbul edən ibadət ocaqlarından biri olub. Rayonun işğalından sonra bu məscidi Xındırıstan kəndində fəaliyyətini davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər