11 Avqust 2017 16:59
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 dönəm millət vəkili olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər