ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı sözügedən poliqonda tullantıların yandırılması faktı aşkar edilib.
Faktla bağlı poliqona cavabdeh olan fiziki şəxs Seymur Abbasov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
Baş vermiş qanun pozuntusunun təcili aradan qaldırlması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda poliqonda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub.