Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədrlik edən ölkə kimi Myanmarda baş verənləri diqqətlə izləyir. Myanmada insanlıq dramı yaşanır, bütün dünya baş verənlərə həssas yanaşmalıdır. Amma təssüf ki, biz bunu görmürük.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı günü bu məsələni diqqətdə saxladı və dünya ölkələrinin liderləri ilə müzakirələr apardı: “Azərbaycana Mayanmardakı hadisələrlə bağlı raksiyasına görə çox təşəkkür edirik. Azərbaycandan sonra Banqladeşə gedəcəyəm. Biz beynəlxalq səviyyədə nə edə biləcəyimiz barədə azərbaycanlı həmkarımla müzakirə apardıq. Arakan məsələsini ədalətli şəkildə həll etməliyik.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov isə Myanmarda vəziyyətin ağır olaraq qaldığını deyib. Onun sözlərinə görə, illərdir ki, insanlar əziyyət çəkir: “Bu məsələ daima gündəlikdə saxlanmalıdır ki, öz həllini tapsın”.