13 Sentyabr 2017 17:45
2 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə atalığı tərəfindən zorlanan və nəticədə hamilə qalan 12 yaşlı qız barədə yeni məlumat var.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 12 yaşlı qızın sentyabrın 14-də abort olunması üçün qərar verilib. Hazırda azyaşlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim nəzarətindədir və böyrəklərində problem yarandığı üçün kəskin ağrıları var.

Qızla bağlı Səhiyyə Nazirliyində təşkil olunan ilk konsilium zamanı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev azyaşlının təbii doğuş etməsini mümkünsüz sayıb. Çünki təbii doğuş azyaşlı qızın həyatının itirilməsi ilə sonlana bilər.

Artıq qızın hamiləliyi 22-ci həftəni keçdiyi üçün hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılacaq. Qərar sabah veriləcək və uşaq abort olunacaq.

Məlumata görə, azyaşlının hamilə olduğu bilindikdən sonra məlum olub ki, onun atalığı qızla bərabər 15 yaşlı bacısını da zorlayıb.

Qızın anası kafedə işləyir. Ona görə də atalığın zorakılığına imkan olub.


Müəllif: Cəmilə

Oxşar xəbərlər