Azərbaycan ədəbiyyatını kəbirlinskilərdən təmizləmək üçün ədəbiyyat adamları üçün nəzərdə tutulmuş bütün imtiyazları ləğv etmək lazımdır. İmtiyaz ədəbiyyat üçün olmalıdır, adamlar üçün yox.
Teleqraf.com xəbər verir ki, bu təkliflə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli çıxış edib.
Onun fikrincə, istedadlı adama öz istedadını büruzə vermək üçün sadəcə münbit şərait yaratmaq lazımdır: “Əyilməsinlər, sınmasınlar, gözləri kimsənin əlində, cibində qalmasın. İstedadlı adamın qüruru sınanda o, istedadlı əclafa da çevrilə bilər... Dünyada nifrət üzərində köklənmiş istedaddan dəhşətli silah yoxdur”.