27 Sentyabr 2017 11:21
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda turizm sənayesi üzrə 46 mindən çox adam çalışır.

Teleqraf com xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə bağlı keçirdiyi mətbuat konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn əcnəbilərin sayı artıb: "2016-ci ildə Azərbaycana gələn turistlərin sayı 2015-ci ilə nisbətən 1,7 faiz artıq olub. Bu ilin 8 ayında 1 milyon 818 min turist Azərbaycana gəlib. Bu da 23 faizdən çoxdur. Bu da normal rəqəmdir".

Nazir qeyd edib ki, bu ilin 7 ayında Azərbaycana gələn xarici işçilərin bank kartları ilə xərcləri 87 faiz artıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər