2 Oktyabr 2017 16:50
2 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:01

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Teleqraf.com-un məlumatına görə, "Azərbaycan Polisinin 100 illiyi" medalı daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xüdmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalından sonra taxılır.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 37 mm və şüaları olan 8 guşəli lövhədən ibarətdir.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

***

Azərbaycan polisinin 100 illiyi (1918-2018) münasibəti ilə Azərbaycan Respublikasının yubiley medalı təsis edilir.

Teleqraf.com xəbər verir ki, Milli Məclis bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edib.

Qanunun 1-ci maddəsinə “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı, yubiley medalı haqqında əsasnamə və yubiley medalının təsviri təsdiq edilsin" sözləri əlavə olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər