İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Vurğulanıb ki, Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün Təl-Əvivə ikitərəfli uçuşlar sentyabrın 3-dək dayandırılıb. Həmçinin aviaşirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma müntəzəm reyslərini də sentyabrın 30-dək dayandırıb.
Qeyd edək ki, “ITA Airways” Yaxın Şərqdəki gərginliklə əlaqədar avqustun 2-dən etibarən Təl-Əvivə uçuşları dayandırıb.