26 Avqust 13:13
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixçi-professor Nəsiman Yaqublu dəfn edilib.

Teleqraf.com xəbər verir ki, mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində torpağa tapşırılıb.

***

12:29

Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, mərhumun evində baş tutan mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri, həmkarları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunmaq üçün yola salınacaq.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər