Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib.
Teleqraf.com Milli.az-a istinadən xəbər verir ki, əməkdar artist jurnalistin telefon zənginə cavab verməsə də, yaxınları yayılan məlumatı təsdiqləyib:
"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən onun bu səhər səhhəti ağırlaşdı və dərhal xəstəxanaya çatdırdıq. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik. Bir daha bəyan edirik ki, Kəmalə xanım serialdan pula görə getməyib".